Neftçilərdən birinin meyiti tapılıb-Yenilənib
15.12.2016 1096 0.0 0

Bu gün saat 05:00 radələrində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin ailələrinə xəbər verilib, onların yaşadığı ünvanlara komissiyalar gedib. Bildirək ki, bunu hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahda baş direktorun I müavini Balamirzə Ağarəhimov bildirib.

Onun sözlərinə görə, axtarışlara dalğıcların cəlb olunması üçün "Avyor" gəmisi əraziyə yaxınlaşıb, amma hava şəraiti ilə əlaqədar hələlik dalğıcları işə cəlb etmək mümkün deyil, hava şəraitinin normallaşmasını gözləyirlər./Report/

 

*****

 

Bu gün saat 05:00 radələrində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı dənizdə itkin düşən neftçilərdən bir nəfərin meyiti tapılıb. 

"Report" xəbər verir ki, bunu hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahda baş direktorun I müavini Balamirzə Ağarəhimov bildirib. 

Onun sözlərinə görə, həmin şəxs Ələt qəsəbəsinin sakini İlham Qafarovdur.


Digər xəbərlər:
Şərhlər
avatar