Neft ucuzlaşır, dolların bu günə məzənnəsi açıqlandı
08.02.2016 1317 0.0 0

Ötən həftəni ucuzlaşma ilə başa vuran neftdə bu tendensiya davam edib. Belə ki, neft həftəyə cüzi ucuzlaşma ilə başlayıb. 

Məlumata görə, dünya bazarlarında ötən həftə sonu 34.06 dollar olan “Brent” markalı neftin qiyməti bu səhər ucuzlaşaraq 33.93 dollara düşüb. 

“WTI” neftində də cüzi ucuzlaşma müşahidə olunub. Həftə sonu 30.89 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti də cüzi ucuzlaşma ilə 30.82 dollaradək geriləyib. 

Ötən həftə sonu “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,31 dollar bahalaşaraq 35,40 dollar təşkil edib.

 


Mənbə: Bloomberg

Əlvan metalların qiymətlərində isə sabitlik müşahidə edilib. "Bloomberg"in məlumatına görə, qızılın 1 qramı bahalaşaraq 37,55 dollar olub. Platinin 1 qramı 29.16 dollar, palladiumun 1 qramı isə 16.13 dollar olub. Gümüşün qiyməti cüzi bahalaşma ilə 1 qram üçün 0.48 dollar müəyyənləşib.

 


Mənbə: Bloomberg

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 5-də 1,5853 manat müəyyən edilib. Avronun məzənnəsində bahalaşma qeydə alınıb. Avro 1.7749 manat, Rusiya rublu da cüzi bahalaşma ilə 0.0207 manat olub. Həmçinin 1 ingilis funt-sterlinqi ucuzlaşaraq 2.3089 AZN olub, 1 türk lirəsinin qiyməti isə 0.544 AZN dəyərində müəyyənləşib. 

AMB-dən verilən məlumata görə, 08.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5819 səviyyəsində müəyyən olunub./anspress/

 


Mənbə: Azərbaycan Mərkəzi Bankı


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar