Neft ucuzlaşır
19.09.2017 556 0.0 0

Dünya birjalarında neft ucuzlaşıb.

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar və ya 0,08% azalaraq 49,87 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar və ya 0,18% azalaraq 55,38 dollar olub.

Azərbaycan neftinin qiyməti artım nümayiş etdirib.


Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,01 dollar və ya 1,73% artaraq 57,29 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar