Neft ucuzlaşıb
13.09.2017 602 0.0 0

Dünya birjalarında neft ucuzlaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar və ya 0,10% azalaraq 48,21 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar və ya 0,24% azalaraq 54,14 dollar olub.

 

Azərbaycan nefti 1 dollardan çox bahalaşıb.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,04 dollar və ya 1,86% artaraq 56,90 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar