Neft ucuzlaşıb
25.01.2017 1084 0.0 0

Dünya birjalarında neft yenidən ucuzlaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,34% azalaraq 53,00 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,13 dollar və ya 0,23% azalaraq 55,31 dollar olub.

 

Azərbaycan neftinin  bahalaşması davam edir.

 

Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,11 dollar və ya 0,19 artaraq 56,21 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar