Neft tədricən bahalaşır
30.12.2021 392 0.0 0

ABŞ-da neft ehtiyatlarının azalması haqqında məlumatların təsiri davam etdiyi bir zamanda neft qiymətləri tədricən artır.

“Prime” agentliyinə istinadən xəbər verilir ki, Bakı vaxtı ilə 8.43-ə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin mart fyuçersləri 0,28 % bahalaşaraq, 1 bareli 79,43 ABŞ dollarına satılıb. "WTI" markalı neftinin fevral fyuçerslərinin qiyməti isə 0,33 % artaraq, 1 bareli 76,81 ABŞ dolları təşkil edib.

Dekabrın 24-dək olan həftə ərzində ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatları (strateji ehtiyatlar istisna olmaqla) 3,6 milyon barel və 0,8 % azalaraq, 420 milyon barelə düşüb. Analitiklər azalmanın 3,2 milyon barel təşkil edəcəyini gözləyirdilər.

Bununla belə, analitiklər hesab edirlər ki, Çində kovonavirus əleyhinə tədbirlərin davam etdiyi bir zamanda neftə olan tələblə bağlı perspektivlər qeyri-müəyyəndir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar