Neft həyəcan təbili çalır
23.08.2015 636 0.0 0

Brent markalı neftin qiyməti ujuzlaşmaqda davam edərək barrel üçün 45 dollar səviyyəsinə yaxınlaşıb. 

Məlumata görə, hazırda London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 45,46 dollardır. Sutka ərzində ucuzlaşma 2,49% olub. 
Texas markalı neft isə sutka ərzində 2,11% ucuzlaşaraq barrel üzrə qiyməti 40,45 dollara düşüb. 

Ümumiyyətlə, neftin qiymətlərinin ucuzlaşması son 6 aydır ki, davam edir. Qiymətlərin düşməsinə əsas səbəb dünya neft bazarının xammal bolluğu, həm də son həftələrdə dolların bahalaşmasıdır. Brent markalı neftin qiyməti 40 sent ucuzlaşaraq bir barrel üçün 46 dollara çatıb.

Ucuzlaşma Azərbaycan neftinin qiymətində də qeydə alınıb. "AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 0,38 dollar ucuzlaşaraq 48,09 dollar təşkil edib.

Beynəlxalq ekspertlər neft qiymətlərinin qarşıdan gələn aylarda da təzyiq altında olacağını bildirirlər. Onların fikrincə, yay avtomobil səyahətləri mövsümünün başa çatması ilə neftə tələbat daha da azalacaq.

Ümumilikdə, bu il ərzində neftin qiymətinin ən aşağı səviyyəyə düşəcəyi proqnozlaşdırılır. Gələn il isə bu prosesin əksinə cərəyan edəcəyi gözlənilir. 2017-ci ilə qədər isə neftin qiymətinin 80 dollara qədər qalxa biləcəyi güman edilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar