Neft bu il 50 dollara qalxacaq - PROQNOZ
24.01.2016 599 0.0 0

Mərkəzi ofisi Londonda yerləşən “Andurand Capital Management” fond idarəçiliyi şirkətinin qurucusu Pier Andurand neftin barrel qiymətinin bu il 50 dollara, 2017–ci ildə isə 70 dollaradək bahalaşacağı qənaətindədir.
P.Andurandın fikrincə ötən dövrdə neftin qiyməti ən aşağı səviyyəyədək ucuzlaşıb, amma bundan sonra bahalaşaraq bu ili artımla tamamlayacaq.
P.Andurand daha öncə neftin qiymətinin bu ilin birinci rübündə 25 dollaradək ucuzlaşacağını proqnozlaşdırmışdı.
Xatırladaq ki, yanvarın 20-də “Layt” markalı neftin bir barreli 26,19 dollaradək ucuzlaşmışdı. Son bir neşə gün ərzində isə neft sürətlə bahalaşaraq 32 dolları keçib. /fins.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar