Neft bahalaşır
15.11.2016 570 0.0 0

Dünya birjalarında neft bahalaşıb.

 

Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,83 dollar artaraq 44,15 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,72 dollar artaraq 45,15 dollar olub.

 

Neftin bahalaşmasına OPEC ölkələrinin neftin hasilatının dondurulması ilə bağlı danışıqların son mərhələsinə başladıqları barədə məlumatlar səbəb olub. 

 

Azərbaycan neftinin ucuzlaşması davam edir.


Bildirək ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,46 dollar və ya 1,02% düşərək 44,32 dollar təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar