Neft bahalaşıb
13.02.2016 683 0.0 0

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 3,23 dollar artaraq 29,44 dollar təşkil edib.
 
Qazeta.info APA-ya istinadla bildirir ki,  ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,30 dollar artaraq 33,36 dollar olub.

 

Azərbaycan nefti 3 dollara qədər bahalaşıb.
 
Məlumata görə, ötən gün "AzeriLight" markalı neftin bir barelinin qiyməti 2,71 dollar və ya 8,90% artaraq 33,14 dollar təşkil edib./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar