Neft bahalaşıb
11.11.2015 592 0.0 0

 Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,34 dollar yaxud 0,78% bahalaşaraq 44,21 dollar/barel təşkil edib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, "Brent" markalı neft isə 0,25 dollar və ya 0,53% bahalaşaraq 47,44 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 50 dollar/barel olacağı gözlənilir.

 

 Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,33 dollar yaxud 0,69% bahalaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,09 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar