Nazranda minik avtomobili gülləbaran edildi, ölənlər var
03.02.2016 541 0.0 0

 İnquşetiyanın paytaxtı Nazran şəhərinin mərkəzində naməlum silahlı şəxslər minik avtomobili atəşə tutub, nəticədə iki nəfər ölüb. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə İnquşetiya DİN-nin mətbuat xidmətinin nümayəndəsi bildirib.
 
“Nazranın mərkəsindəki  “XXI век” ticarət mərkəzinin qarşısında naməlum şəxslər avtomat silahlardan “Lada Priora” markalı avtomobili atəşə tutduqdan sonra hadisə yerindən uzaqlaşıblar”, - deyə məlumatda bildirilir.
 
Hücum nəticəsində avtomobildə olan bir kişi və bir qadın hadisə yerində ölüblər.  Onların kimliyi müəyyənləşdirilir.
 
Hücum edən şəxslərin axtarışı davam etdirilir.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar