Nazirlikdən yağışlı hava ilə bağlı - Açıqlama
11.05.2019 603 0.0 0

May ayının 11-i səhər saat 08.00-a olan məlumata əsasən respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub.

Qazeta.info xəbər verir ki, Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ən çox düşən yağıntının miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib. Digər bölgələrdə 1.0-8.0 mm olub. Abşeron yarımadasında səhər saat 0.7 radələrində Zabratda, Binədə 0.4 mm, Maştağada 1.0 mm, Bakıda 3.0 mm yağış qeydə alınıb. Ayın 11-də gündüz əksər rayonlarda yağıntılar kəsiləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar