Nazirlər Kabinetinin hesabatı təqdim edilib
15.03.2016 488 0.0 0

"Ermənistan tərəfi vaxtı uzadaraq Dağlıq Qarabağ probleminin həllindən yayınır". Bunu baş nazir Artur Rasi-zadə Milli Məclisdə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, erməni tərəfi  vaxtı uzadaraq problemin həllindən yayınır, aidiyyəti beynəlxalq qurumlar isə ədalətsizlik və hüquqa zidd olan mövqe nümayiş etdirirlər. "Bunlar nəzərə alınaraq ordunun müasir silah sursatla təmin edilməsi, döyüş qabiliyyətinin durmadan artırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Son zamanlar silahlı qüvvələrimizin işğalçı tərəfin hərbi təxribatlarına verdiyi tutarlı cavablar bunu bir daha sübut edir. Ümumilikdə, Silahlı Qüvvələrlə bağlı görülən bütün işlərin maliyyəşdirilməsinə 3,3 milyard manat vəsait ayrılıb".

Baş nazir əlavə edib ki, ötən il ümumilikdə Silahlı Qüvvələrə 3,3 mlrd. manat vəsait xərclənib. 

Baş nazir hesabat çıxışında bir sıra məsələlərə toxunub. Onun sözlərinə görə, Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi, dövlətlərarası geosiyasi qarşıdurmalar yeni iqtisadi durum yaradıb. 

"Belə qlobal iqtisadi proseslər zamanı dövlət qurumlarının yeganə məqsədi mövcud sabitliyin qorunması, xalqın rifahının yaxşılaşdırılması və ərazi bütövlüyünün təmin edilməsi olmalıdır". 

 

Artur Rasi-zadə - Baş nazir

A.Rasi-zadə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə daha beş müasir tipli qəsəbə salındığını, 15 min məcburi köçkünün yeni mənzillərlə təmin edildiyini deyib. O qeyd edib ki, ümumilikdə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 430 milyon manat vəsait xərclənib.

“Ötən il neft sənayesində artım 10 faiz təşkil edib. Əsas kapitala yönəldilmiş 16 milyard vəsaitin 55 faizdən çoxu qeyri-neft sektorunun payına düşüb. Orta aylıq əməkhaqqı 5 faiz, əhalinin gəlirləri 5,7 faiz artıb, illik inflyasiya isə 4 faiz səviyyəsində qeydə alınıb. Maliyyə və pul sektorundakı çətinliklərə baxmayaraq, Mərkəzi Bankın və hökumətin qarşıya qoyduğu ümdə məsələlərdən biri inflyasiyanı təkrəqəmli səviyyədə saxlamaq olub və bu, təmin edilib”./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar