Nazir tribunadan yıxıldı, başı əzildi - Video
31.10.2019 523 0.0 0

Almaniyanın İqtisadiyyat və Energetika naziri Peter Altmayer Dortmund şəhərində rəqəmsal iqtisadiyyat sammitində çıxışından sonra 2 metr hündürlükdə olan tribunadan yıxılıb.

Qazeta.info “Qafqazinfo”-ya istinadla xəbər verir ki, insident nəticəsində başından zədə alan 61 yaşlı nazir huşunu itirib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının üzvləri KİV nümayəndələrinin onu o vəziyyətdə çəkməmələri üçün qara örtükdən istifadə ediblər. Zal boşaldılıb. 

Nazir Dortmunddakı xəstəxanaların birinə yerləşdirilib. Həkimlər ona baş nahiyyəsinin yırtılması diaqnozunu qoyublar.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar