Nazir təndir çörəyinə qonaq edildi (FOTO)
10.04.2015 687 0.0 0

Azərbaycana rəsmi səfəri çərçivəsində Əfqanıstan mədən və neft naziri Daud Saba və Əfqanıstan prezidentinin MDB ölkələri üzrə səlahiyyətli nümayəndəsi Şaker Karqar İçərişəhərlə tanış olub. 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən  verilən məlumata görə, qonaqları idarənin nümayəndələri qarşılayıblar.

İçərişəhərlə tanışlıq Qız Qalası abidəsi ilə başlayıb. Nümayəndə heyətinə Bakının simvolu olan əzəmətli Qız Qalasının tarixi, burada yeni yaradılmış muzey ekspozisiyası, eləcə də yaxınlıqda yerləşən Sıratağlı dini-memarlıq Kompleksi barədə ətraflı məlumat verilib, ekspozisiya qonaqların marağına səbəb olub.

Daha sonra əfqanıstanlı qonaqlar təndir çörəyinə qonaq ediliblər.
Qonaqlar Şərqin memarlıq incilərindən biri olan dünya əhəmiyyətli “Şirvanşahlar saray kompleksi” və burada yaradılmış muzey ekspozisiyası ilə də tanış olublar.

Bakının tarixi hissəsi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. Sonda Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq “İçərişəhər” Dövlət Tarix
-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub./anspress/

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar