Nazir polis rəisini işdən çıxardı
14.06.2017 1032 0.0 0

Göygöl rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

 

Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə şöbəsi rəisi Bahadur Şükürov və şöbənin əməkdaşı - 1 zabit, 2 serjant vəzifələrindən azad olunub.

 

Bahadur Şükürov 2015-ci ildə Ağsu rayon Polis Şöbəsinin rəisi vəzifəsindən Göygöl rayon Polis Şöbəsinin rəisi vəzifəsinə gətirilib. Hələlik onun yerinə təyinat olmayıb.


Rayon Polis Şöbəsindən məlumat təsdiqlənib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar