Tarix: 10.12.2016,   Saat: 10:51, Şənbə.          

Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

Qazeta.info Naxcivanxeberleri.com -a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının dəyişdirilməsinə başlanıb. 

Bu məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovnik-leytenantı Aydın Ağayevə müraciət etdik.

Aydın Ağayev bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq respublikanın bütün rayonlarının fərqləndirici dövlət nömrə nişanları vardır. Muxtar respublikada da hər rayonun dövlət nömrə nişanları olubdur. Məsələn Babək rayonu 67 seriyası ilə, Şərur rayonu 68 seriyası ilə və s. başlayan dövlət qeydiyyat nişanları ilə təmin olunmuşdular. Sonradan müvafiq qərara əsasən 85 seriyası bütün Naxçıvan Muxtar Respublikasının vahid dövlət qeydiyyat nişanı kimi qəbul olunmuşdur.

Bildiyimiz kimi, muxtar respublikada yaşayan vətəndaşların həyat səviyyəsinin yüksəlməsi bura gətirilən avtomobillərin sayının çoxalmasına gətirib çıxarmışdır. Son illərdə muxtar respublikaya kütləvi sayda avtomobil gətirilməsi buna bariz nümunədir. Beləliklə muxtar respublikada avtomobillərin sayı artdığı üçün dövlət nömrə nişanlarına tələbat da yaranmışdır. Bu təlabatı ödəmək üçün muxtar respublikanın 7 rayonuna və Naxçıvan şəhərinə ayrıca seriya nömrələri verilməsi qərara alınmışdır. Qərara alınmışdır ki, muxtar respublikanın rayonlarına aşağıdakı seriya nömrələri verilsin:
Babək – 67
Şərur – 68 
Ordubad – 69
Şahbuz - 71
Culfa – 72
Sədərək – 73
Kəngərli – 74
Naxçıvan şəhəri – 75
Aydın Ağayev qeyd etdi ki, muxtar respublika rəhbərliyinin tapşırığına əsasən nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının dəyişdirilməsi üçün heç bir dövlət rüsumu, ödəniş tələb olunmur və bu prosses tədricən həyata keçiriləcəkdir. 



  Bölmə: Gündəm | Baxış sayı: 346 | Tarix: 25.09.2016, 00:20


Xəbərlər