Naxçıvan MR -da yeni dövlət qurumu yaradılıb
19.12.2017 896 0.0 0

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov MR-nın Dini Qurumlarla İş üzrə İdarəsinin əsasında Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

 

Məlumata görə, fərmanla Naxçıvan MR-nın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi haqqında Əsasnamə və agentliyin strukturu da təsdiqlənib.

 

Vüqar Babayev yeni yaradılan Naxçıvan MR Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru təyin edilib. /apa/


Digər xəbərlər:
Şərhlər
avatar