NATO tankları Moldovada! - QARŞIDURMA BAŞLADI-VİDEO
03.05.2016 2203 0.0 0


ABŞ hərbi kontingenti Moldova ərazisinə daxil olub. Rusiya mətbuatına istinadən verilən xəbərə görə, hərbi kontingentə tank qoşunları da daxildir.

Moldova müxalifəti və solçu qüvvələr tankların hərəkət etdiyi yolların bağlanılmasına cəhd edib. Sərhəddə tankları müxalifət fəalları qarşılayıb və əllərində "Bizə NATO lazım deyil!" plakatlarını tutublar.

Bununla yanaşı ABŞ tanklarını Moldovanın NATO ilə əməkdaşlığını dəstəkləyən qüvvələr də qarşılayıblar. Onlar müxalifətçilərin əksinə olaraq əllərində çiçək dəstələri tutublar və "Moldovaya NATO lazımdır!", "Xoş gəlmişsiniz!" şüarları səsləndiriblər.

Xatırladaq ki, mayın 3-də ölkədə "Dragon Pioneer-2016" hərbi təlimlərinə start verilir. Moldova Müdafiə Nazirliyindən bildirilib ki, ölkə sərhədlərindən bundan əvvəl açıqlanan kontingent sayından daha çox tank, digər hərbi texnika və canlı qüvvə keçib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar