NATO Rusiyaya hücuma hazırlaşır?
11.06.2015 710 0.0 0

Hakerlər Litva Müdafiə Nazirliyinin saytını sındıraraq NATO-nun Kalininqradın ilhaqına hazırlaşması barədə məxfi sənədlər əldə ediblər. 

Məlumata görə, onların nazirliyin saytına sındırdıqdan sonra yerləşdirdikləri məlumatda deyilir ki, NATO-nun “Qılınc zərbəsi – 2015” hərbi təlimləri Kalininqradın ilhaqına hazırlıqdır. 

Litva Müdafiə Nazirliyinin nümayəndəsi Viktoriya Seminite bildirib ki, hakerlərin əldə etdiyi məlumat əslində sayta yerləşdirilmiş yalan məlumat olub. O bildirib ki, hazırda nazirlik bu yalan məlumatın sayta yerləşdirilməsi üzrə istintaqa başlayıb. “Litva ordusunun serverinin təhlükəsizliyinə özəl şirkət cavabdehdir”, - deyə şərhdə bildirilir. 

NATO-nun “Qılınc zərbəsi – 2015” hərbi təlimləri iyunun 1-də Baltikyanı dövlətlərdə və Polşada keçirilir. Təlimlərdə NATO-nun 13 ölkəsini təmsil edən 6 min hərbçi iştirak edir. 

Kalininqradın adı 4 iyul 1946-cı ilə qədər Köniqsberq olub. Şəhər 1773 - 1945-ci illərdə Almaniyanın Şərqi Prussiya əyalətinin mərkəzi olub. Potsdam konfransının qərarı ilə Köniqsberq də daxil olmaqla Şərqi Prussiya əyalətinin şimal tərəfi müvəqqəti olaraq Sovet İttifaqına verilib. Daha sonra sovet torpaqlarına birləşdirilib. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar