NATO Putinə xəbərdarlıq etdi
18.02.2015 935 0
Rusiya Debaltsevo şəhərində Ukrayna ordusuna qarşı ən müasir silahlardan istifadə edib.
Məlumata görə, bu haqda NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib.
Avropa Birliyi ölkələri müdafiə nazirlərinin Riqada keçirilən qeyri-rəsmi görüşündə jurnalistlər qarşısında çıxış edən Yens Stoltenberq Rusiyaya xəbərdarlıq edib.
"Rusiya öz ordusunu Ukraynanın şərqindən çıxarmalı, Minsk razılaşmasına hörmətlə yanaşmalı və separatçılara dəstəyi dayandırmalıdır", - deyə Stoletenderq bildirib.
Baş katib bildirib ki, NATO Ukraynaya siyasi dəstəyi sonuna qədər davam etdirəcək./anspress/
Digər xəbərlər:
Şərhlər




