NATO-nun Daşkənd bürosu bağlanıb
06.04.2017 690 0.0 0

NATO-nun Daşkənddəki Mərkəzi Asiya dövlətləri ilə əlaqələr və qarşılıqlı fəaliyyət bürosu bu regionda qurumun strukturlarındakı dəyişikliklərlə əlaqədar bağlanıb.

Alyansın Mərkəzi Asiya bürosunun rəhbəri Rozariya Pulizi jurnalistlərə bildirib ki, ofisin bağlanması siyasi xarakter daşımır və qurumun büdcəsinin araşdırılması ilə bağlıdır. O deyib ki, aprel ayından Mərkəzi Asiya dövlətləri ilə bilavasitə Brüsseldən əlaqə saxlanılacaq.

Xatırladırıq ki, NATO-nun Daşkənddəki bürosu 2014-cü ildən fəaliyyət göstərirdi. Büronun bağlanması ilə əlaqədar qərar 2016-cı ilin payızında qəbul olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar