NATO-nun Avropadakı komandanı Türkiyənin zabitlərini geri çağırmasından narahatdır
08.12.2016 910 0.0 0

“Türkiyədəki hərbi çevriliş cəhdindən sonra rəsmi Ankara qurumdakı zabitlərinin yarısını geri çağırıb”.

 

“Kommersant”a istinadən yayılan məlumata görə, bunu NATO-nun Avropadakı birləşmiş hərbi qüvvələrinin baş komandanı, general Körtis Skaparotti deyib. Amerikalı general bildirib ki, birləşmiş hərbi qüvvələrdə yüksək vəzifələrdə çalışan 300 türkiyəli zabitdən 150-si geri çağırılıb və onların yarısı başqa zabitlərlə əvəzlənib. Geri çağırılanların bəziləri Türkiyəyə qayıtmaqdan imtina edib və Belçika, Almaniya, ABŞ və digər ölkələrdən sığınacaq  istəyib. 


“Bunlar həmin zabitlərdir ki, karyera  qurublar və mühüm iş təcrübəsinə malikdirlər", - deyə K. Skaparotti söyləyib. Generalın sözlərinə görə, narahatedici yeganə məqam zabitlərin sayının azalması və təcrübənin itirilməsidir. O, Türkiyə hakimiyyətinin geri çağırılan zabitlərlə qanunauyğun qaydada rəftar  edəcəyinə ümidvar olduğunu da vurğulayıb./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar