Natiq Cəfərli azadlığa buraxıldı - FOTO
09.09.2016 629 0.0 0
İqtisadçı məhkəmənin qərarı ilə azadlığa buraxılıb.
 
Meydan.Tv-nin xəbərinə görə, bu barədə vəkil Cavad Cavadov məlumat verib.
 
O bildirib ki, "bu gün məni saat 17 radələrində məhkəməyə dəvət etdilər ve Natiq Cəfərlinin həbsdən azad olunması barədə təqdimata baxdılar, gəldim Natiqi götürdüm türmədən gedirik kofe içməyə".
 
N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.
 
Natiq Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla Natiq Cəfərli əmlakı müsadirə olunmaqla 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıa bilər.
 
REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb. Bəyanatda qeyd edilib ki, bu sifariş dövlət başçısından gəlib. REAL hərəkatı Natiq Cəfərlinin mənimsəmələrə yol vermədiyini, iddiaların cəfəngiyat olduğunu bildirir./musavat.com/
 
 
 
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar