NASA Marsdan nümunə gətirəcək raket hazırlayır
08.02.2022 363 0.0 0


ABŞ Aerokosmik Agentliyi (NASA) Mars səthindən nümunə gətirəcək raketin layihələndirilməsi üçün “Lockheed Martin” şirkəti ilə müqavilə imzalayıb.

Qeyd olunur ki, Marsdan süxur gətirmək üçün 3 ayrı kosmik cihaz tətbiq olunacaq. İlk cihaz 19 fevral 2021-ci ildə Mars səthinə enən “Perseverance” süxur və hava nümunələrini toplamalıdır. Bundan sonra, Avropa Kosmik agentliyinin digər gəmisi bu nümunələri götürərək “Mars Ascent Vehicle” adlı cihaza yükləməlidir. Nəhayət sonuncu mərhələdə “EKA Earth Return Orbiter” adlı cihaz bunları Yer səthinə çatdırmalıdır. Proses 2030-cu ilədək başa çatacaq. Bu nümunələr sayəsində qırmızı planetdə həyatın olub-olmaması müəyyən ediləcək./AMEA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar