NASA Marsa göndərməyi planlaşdırdığı robotu nümayiş etdirib - VİDEO
18.06.2017 651 0.0 0

Amerika Kosmik Agentliyi və Lindon Conson adına Kosmik Mərkəzin mütəxəssisləri gələcəkdə Marsa göndərilməsi planlaşdırılan "Valkiriya" (Valkyrie) robot-qumanoidinin imkanlarını nümayiş etdiriblər.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, yeni robotun sınaq videosu maşının idarəetmə alqoritmini yaratmış "IHMC Robotics" institutunun "YouTube" kanalına yerləşdirilib.

"Valkiriya" baş, çiyin, qarın və ayaqlarına yerləşdirilmiş təqribən 200 ötürücü ilə təchiz olunub. Onlardan alınan məlumatlar, robota, növbəti addım üçün daha münasib yer seçməkdən ötrü qiymətləndirmə aparmaq imkanı verir.

"Valkiriya", gözlənildiyi kimi, Qırmızı planetin mənimsənilməsində Marsın ilk müstəmləkəçilərinə kömək edəcək./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar