NASA 5 milyard km məsafədə ürək gördü (FOTO)
10.07.2015 794 0.0 0

 

Amerikaya aid “New Horizons” adlı kosmik aparat ən kiçik planet Plutona aid yeni görüntülər əldə edib. Məlumata görə, yeni görüntülər Plutonun 8 milyon km yaxınlığından çəkilib. Ötən həftə “New Horizons”un yerlə rabitəsi bir müddətliyə kəsilsə də yeni görüntülər rabitənin bərpa olunmasından sonra əldə edilib. 

Plutonun səthində müşahidə olunan “ürək” formalı ağ ləkə isə NASA əməkdaşlarını həyəcanlandırıb. Plutonun ekvatoruna yaxın ərazidə “balina” adı verilmiş böyük qaranlıq bölgə ilə 2 000 kilometrlik sahəyə yayılmış “ürək” formalı parlaq bölgə şəkildə də açıqca görünür. 

Gələn həftə isə aparatın planetə ən yaxın nöqtəyə çatması gözlənilir. 

NASA əməkdaşı Dr. Spenser foto şəkillərdə qəribəlik olduğunu bildirib: “Foto şəkillər Plutonun çox qəribə olduğunu göstərir. Çox qaranlıq və çox parlaq bölgələri var. Bunların nə olduğunu hələlik bilmirik.” 

“New Horizons” heyətindən Aleks Parkerin Twitterdə paylaşdığı Pluton şəkli

Qeyd edək ki, Plutonun Yerlə məsafəsi təxminən 4.5 milyard kilometrdən çoxdur. “New Horizons”un isə topladığı məlumatları yerə ötürməsi çətinliklə mümkün olur. Onun qarşıdakı günlərdə əldə edəcəyi məlumatları yerə ötürməsi 16 aya çata bilər. 

Xatırladaq ki, 1930-cu ildə kəşf olunan Plutonun 2006-cı ildən bəri planet yoxsa göy cismi olması alimlər arasında müzakirə mövzusudur. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar