Narkotik satışında təqsirləndirilən jurnalist ev dustaqlığına buraxılmayıb
07.06.2019 145 0.0 0

Xətai Rayon Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən baş redaktor Şəfəq Ağabalayevanın (Ağacan) barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müraciətinə baxılıb.

Qazeta.info "Report"un xəbərinə əsasən bildirir ki, Ş.Ağacanın müraciəti təmin olunmayıb.

Qeyd edək ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə Ş.Ağacanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. İttihama görə, o, paytaxtın Nərimanov rayonu ərazisində narkotik maddə olan marixuananı satarkən yaxalanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onun üzərinə baxış keçirərkən ondan satmaq məqsədilə bükülmüş halda olan narkotik maddə aşkar edərək götürüblər.

Şəfəq Ağacan kimi tanınan Şəfəq Ağabalayeva Bakupress.az saytının təsisçisi və baş redaktorudur.


Digər xəbərlər:
Şərhlər
avatar