Nardaranda əməliyyatlar davam edir: 3 nəfər də saxlanıldı
19.12.2015 455 0.0 0

Bu gün günorta saatlarında Nardaranda  keçirilən əməliyyat zamanı daha 3 nəfər saxlanılıb. 

Qazeta.info Musavat.com-un məlumatına əsasən bildirir ki, 5 nəfər isə səhər saatlarında keçirilən əməliyyat zamanı saxlanılmışdı. 

Bu barədə məlumatı musavat.com-a Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov verib.

Onun sözlərinə görə, kənddə evlərdə və həyətyani sahələrdə hüquq-mühafizə orqanları tərəfindən axtarışlar davam edir, axtarışda polis əməkdaşları və xüsusi təyinatlılar iştirak edir.

"Əkin yerlərini, evləri axrarırlar. Xüsusi itlər də axtarışda istifadə olunur. Bildiyimiz qədəri ilə silah və narkotik axtarılır. Bu gün səhər 5 nəfəri, günorta isə 3 nəfəri axtarışlardan sonra apardılar. Amma evlərdən heç nə tapılmayıb. Axtarışlar zamanı çəkiliş də olub. Saxlanılanlardan xəbər yoxdur",- deyə N.Kərimov bildirib.

Xatırladaq ki, dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardaran sakinlərindən başqa heç kim kəndə buraxılmır. Kənddə keçirilən əməliyyatlar zamanı xeyli sayda saxlanılan var. Lakin bu barədə heç bir rəsmi açıqlama verilmir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar