Nardaranda əməliyyat- «molotov kokteyli» aşkarlanıb
28.01.2016 488 0.0 0

 Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçirib. Qazeta.info “Report”-a istinadla xəbər verir ki, əməliyyat zamanı Bakı şəhər sakini, 30 yaşlı Elgün Hüseynov Kürdaxanı qəsəbəsi, yeni yaşayış massivində saxlanılıb.
Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb. E.Hüseynova məxsus “VAZ- 21014” markalı avtomobil Nardaran qəsəbəsi Ş.Tuti küçəsi 71-də aşkarlanıb.
Avtomobilə baxış zamanı 6 ədəd kustar üsulla hazırlanmış “molotov kokteyli” aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar