Nardaranda atışma olan evdən reportaj (VİDEO)
27.11.2015 1276 0.0 0

Əməliyyat kənd sakini Əbülfəz Bünyatovun evində baş verib. Bünyatovun xanımı jurnalistlərə deyib ki, onlar Məhərrəmliyin 40 mərasiminə hazırlıq görürmüşlər. Noyabrın 26-da ehsan verilməli imiş. Bu məqsədlə Hacı Tale Bağırzadə də qonaq kimi dəvət edilib. Lakin namaz vaxtı qəflətən Çevik Polis Alayının əməkdaşları və maskalılar evə basqın ediblər: “Heç bilmirəm hadisə necə oldu. Qəflətən evə hücum etdilər. Səs bombasından, güllədən istifadə etdilər”.
Hadisə yerində olan kənd qadınları deyir ki, əməliyyatçılar Ə.Bünyatovun evində kimisə axtarıblar. Nəticədə mənzilin içərisi dağıdılıb. Divarda, pəncərə və şkafda güllə izləri var./MeydanTV/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar