Nardaran hadisələri ilə bağlı məhkəmə davam etdirilir
27.03.2017 684 0.0 0

Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elman Ağayev ifadə verib. O deyib ki, əməlində heç bir cinayət tərkibi yoxdur və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

 

Proses günün ikinci yarısında davam etdiriləcək.

 

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

 

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

 

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar