Nəzarətsiz qalmış azyaşlılarla bağlı RƏSMİ AÇIQLAMA- VİDEO
16.01.2022 544 0.0 0

Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı araşdırma aparılır

Qazeta.info xəbər verir ki, bu haqda  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, komitə Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə qalan uşaqlar haqqında yayılan məlumatla bağlı dərhal araşdırmalara başlayıb.

Artıq uşaqlar ailədən götürülüb, onların hüquqlarının müdafiəsi istiqamətində aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində təcili və zəruri tədbirlər görülür və bununla bağlı ictimaiyyətə məlumat veriləcəkdir.

Dövlət Komitəsi, bir daha vətəndaşlıq mövqeyini ortaya qoyaraq, məlumatın yayılmasına dəstək olan hər kəsə təşəkkür edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar