Ən qalmaqallı aktrisa restorandan qovuldu
09.06.2015 832 0.0 0

Hollivudun ən qalmaqallı aktrisası restorandan qovuldu. Məlumata görə, içki və narkotik aludəçisi olan Lindsi Lohan bu dəfə Moskvada biyabr olub. 

Restoranda siqaret çəkmək istəyən aktrisa obyektdən çıxarılıb. Ona ictimai yerdə siqaretin qanunla qadağan olduğu izah edilib. 

Küçəyə çıxanda isə onu dərhal paparatzi və hərəstişkarları əhatəyə alıb. Lohan onlardan qaçmalı olub. 

Məlumata görə, 28 yaşlı Lohan Rusiya paytaxtında keçirilən "Formula E" yarışlarını izləmək üçün gəlib. 

Qeyd edək ki, aktrisanın daha öncə də qanunla bağlı problemləri olub. O, pis vərdişlərinə görə, son illərdə beş dəfə həbs edilib, ictimai işlərdə çalışıb. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar