«Nənələr» qrupunun üzvü öldü (FOTO, VİDEO)
10.07.2015 698 0.0 0

Azərbaycanın məşhur qrupunun üzvü dünyasını dəyişdi. Məlumata görə, cənub regionunun - Lənkəranın “Nənələr” folklor qurupunun üzvü vəfat edib. 

Bu, 1931-ci il təvəllüdlü Xanbibi Əzimovadır. O, bu gün səhər saatlarında dünyasını dəyişib.

Qrupun prodüsseri Fərhad Məmmədovun  verdiyi məlumata görə, X.Əzimova soyuqdəymədən müalicə alıb. Onun ölümünə də səbəb məhz bu olub. 

 

Qrup 1970-ci ildə yarananıb. O gündən Xanbibi nənə qrupda iştirak edir və ən fəal üzvü olub. Folklor qrupunun 6 nəfərdən ibarət olduğunu deyən prodüsser X.Əzimovanın vəfatından sonra onun yerini gəlinlərində biri tutacağını bildirib.

Xatırladaq ki, qrup Azərbaycan və Talış dillərində musiqilər, bayatılar,el nəğmələri ifa edir.Bu ansamblın əsası 1970-ci ildə qoyulub. Qrup 1997-ci ilə kimi "Bacılar" adı ilə fəaliyyət göstərib. Qrupun ifasında Azərbaycan və talış dillərində olan 100-ə qədər bayatı və mahnı var.
Bunlara misal olaraq “Ay lolo”, “Gəl, gözəlim, naz eləmə”, “Mirvari gəlin”, “Almanı alma, gəlin”, “Yar bağa gəldi”, “Bulaq başında”, “Gəlin”, ““Kinəlim-kinəlim”, “Maralı göndər bizə”, "Verin bizim gəlini", "Əllərə xına çəkərlər", “Yar-yar”, “Can gülüm”, “Bülbüllər oxuyur” və s. mahnıların adını çəkmək olar./anspress/

 

Türkiyənin məşhur Star Tv kanalı "Nənələr" haqqında reportaj hazırlayıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar