MUZ TV Azərbaycan peyk yayımına başlayır
05.10.2017 860 0.0 0

Azərbaycanın ilk musiqili internet televiziyası olan MUZ TV Azərbaycan peyk yayımına başlayır.

Qazeta.info bildirir ki, bu haqda məlumatı telekanalın mətbuat xidməti yayıb.

Məlumata görə, Televiziyayla Azərkosmos arasında əldə olunmuş razılığa əsasən, kanal 6 oktyabr 2017-ci il tarixindən etibarən “Azerspace-1” peyki vasitəsilə 13975 V/11174,4 H  tezliyi ilə yayımlanacaq.
Qeyd edək ki, MUZ TV Azərbaycan 11 may 2012-ci il tarixindən yayıma başlayıb və musiqi mədəniyyətinin təbliği istiqamətində ixtisaslaşıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar