Müsavatın iki rayon təşkilatı buraxılıb
10.04.2017 849 0.0 0

Müsavat Partiyası Cəbrayıl rayon təşkilatının seçkili orqanları buraxılıb və 7 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
 
Məlumata görə, bu barədə Müsavat Partiyası Divanının bu gün keçirilmiş iclasında qərar verilib.
 
Bundan başqa, partiyanın Xızı rayon təşkilatında Təşkilat Komitəsi  buraxılaraq 5 nəfərdən ibarət yeni Təşkilat Komitəsi yaradılıb.
 
Hər iki Təşkilat Komitəsinə bu il iyulun 1-dək rayon təşkilatı strukturlarının, seçkili orqanlarının formalaşdırılması tapşırığı verilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar