Müsavat Partiyasının Məclisində qurultayla bağlı qərar veriləcək
02.04.2018 867 0.0 0

Müsavat Partiyasının gələn ay keçiriləcək Məclis iclasında növbəti qurultayla bağlı qərar veriləcək.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı açıqlamasında deyib ki, partiya Məclisinin iclasının mayın ayının sonlarında keçirilməsi nəzərdə tutulur.

O bildirib ki, iclasda Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılması ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir: “Təşkilat Komitəsi də partiyanın rayon təşkilatlarında yığıncaqlar keçirəcək, qurultaya nümayəndələr seçiləcək. Ötən qurultayda Nizamnaməyə dəyişikliklər nəzər tutulsa da, vaxt çatışmazlığından baş tutmadı. Növbəti qurultayda bu məsələlər də diqqət mərkəzində olacaq”.

Xatırladaq ki, Müsavat Partiyasının sonuncu qurultayı 2014-cü ildə keçirilib, Arif Hacılı başqa seçilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar