Müsavat başqanının müavini istefa verib
14.12.2017 693 0.0 0

Müsavat Partiyasının başqan müavini Elman Fəttah vəzifəsindən istefa verib. 

E. Fəttah APA-ya açıqlamasında bu barədə yayılan xəbərləri təsdiqləyib. O bildirib ki, istefasına partiyanın idarəçiliyində yaranan fikir ayrılıqları səbəb olub. 

E. Fəttah yalnız vəzifəsindən istefa verdiyini və partiyada fəaliyyətini davam etdirdiyini söyləyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar