Müharibə planı təxirə salındı – SON DƏQİQƏ
15.08.2017 1467 0.0 0

Koreya Xalq Demokratik Respublikası Sakit okeanında yerləşən ABŞ-a aid Quam adasına raket zərbəsi endirmək planını təxirə salıb.

Məlumata görə, bu haqda Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) rəsmi mənbələrə istinadən yazıb.

Məlumata görə, Şimali Koreya ordusunun təqdim etdiyi planları qiymətləndirən dövlət başçısı Kim Çen In zərbə planını təxirə salıb.

Qeyd edək ki, Quam adasındakı Anderson hərbi hava bazası ilə Şimali Koreya arasında 3400 kilometr məsafə var. Daha əvvəl yayılan məlumata görə, zərbə planında Quam adasına 4 raket zərbəsinin endirilməsi nəzərdə tutulub./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar