Müharibə başlayır – Böyük əməliyyatın DETALLARI açıqlandı
09.09.2016 2211 0.0 0

Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı müvəffəqiyyəti beynəlxalq koalisiyanı hərəkətə keçirib.

 

Qazeta.info bildirir ki, Publika.az-ın  “Yeni Şafak” nəşrinə istinadən verdiyi xəbərə görə, Cerablus əməliyyatı maraqlı bir detalı üzə çıxarıb.

 

Bu, ondan ibarətdir ki, hava və quru əməliyyatı eyni vaxtda aparıldıqda İŞİD terror təşkilatı müqavimət göstərə bilmir. Çində keçirilən G20 (“Böyük iyirmilik”) sammitindən sonra İngiltərənin paytaxtı Londonda "Fikirdaş Ölkələr" toplantısında iştirak edən olkələr Suriyada İŞİD-ə qarşı əməliyyatla bağlı ortaq fikrə gəliblər. Toplantıda Suriya münaqişəsinin həlli üçün İŞİD-in Suriyadan çıxarılmasının lazım olduğu, İŞİD-ə qarşı genişmiqyaslı əməliyyatın qaçılmaz olduğu təkrar vurğulanıb. Əldə edilən məlumata görə, Ramazan bayramından sonra Mosul və Rakkanın azad edilməsi üçün əməliyyatın keçirilməsi planlaşdırılır.

 

Türkiyə Suriya sərhədindən İŞİD-i təmizləyən Ankara əməliyyatının növbəti mərhələsini təkbaşına üzərinə götürə bilməyəcəyini bu günə qədər bütün beynəlxalq platformada vurğulayıb.

 

Əməliyyatda ABŞ və Türkiyə, həmçinin Qətər və Səudiyyə Ərəbistanı başda olmaqla, bölgə ölkələrinin də iştirakı təmin ediləcək. Bunun üçün ərəb ölkələri ilə müzairələr aparılacaq. Əməliyyat planına son şəklin 13-20 sentyabr tarixləri arasında Nyu-Yorkda keçiriləcək BMT sammitində verilməsi gözlənilir.

 

İlkin məlumata görə, Rakka əməliyyatına Azad Suriya Ordusuna daxil olan qrupların da qoşulması nəzərdə tutulur. Quru əməliyyatına hava dəstəyini isə Türkiyə və NATO verəcək. Türkiyə Azad Suriya Ordusuna zirehli texnika ilə dəstək verəcək. Səudiyyə Ərəbistanı, Qətər və əməliyyata dəstək verəcək digər bölgə ölkələri əməliyyatda iştirak edəcək gücləri silahla təchiz edəcək. Türkiyənin əməliyyata çox böyük hərbi güclə qatılması planlaşdırılmır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar