Müğənninin batmış qardaşının meyiti tapıldı
03.08.2015 1066 0.0 0

Müğənnu Tacir Şahmalıoğlunun qardaşı 37 yaşlı Mahir Allahverdiyevin meyiti tapılıb. 

Məlumata görə, meyit Novxanı çimərliyindəki istirahət mərkəzlərindən birinin ərazisindən tapılıb. Dalğalar mərhumun cəsədini istirahət mərkəzinin ərazisinə çıxarıb. Meyiti çimərlikdə istirahət edən insanlar aşkar ediblər. 

Hal-hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və Mahir Allahverdiyevin yaxınlarının gələcəyi gözlənilir. 

Xatırladaq ki, 2 azyaşlı uşaq atası olan Mahir Allahverdiyev iyulun 31-də dostları ilə birlikdə Novxanı çimərliyinə gedib. Onun skuter sürərkən batdığı bildirilir. Həmin vaxtdan axtarışlar aparılsa da, meyiti yalnız bu gün tapılıb.

Qardaşının dənizdə batması xəbərini eşidən müğənni Tacir Şahmalıoğlu həmin gün dərhal Novxanı çimərliyinə getmişdi. Müğənninin hadisə yerinə getməsinin görüntüləri yayılmışdı. Tacir Şahmalıoğlu yaxınlarına ürək-dirək verməyə çalışır və xilasedicilərin qardaşının axtarışlarını aparmasını izləyirdi./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar