Müdafiə Nazirliyi «Həyəcan» sqnalı haqda məlumat yayıb
21.04.2015 814 0.0 0

Bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı video görüntülər yayılıb.
Qazeta.info bildirir ki, Müdafiə Nazirliyi rəsmi olaraq qeyd edir ki, hərbi hissələrin, döyüş texnikasının, şəxsi heyətin və digər hərbi elementlərin dislokasiya yerinin dəyişməsi, əvəzlənməsi və yenilənməsi Silahlı Qüvvələrin komandanlığının səlahiyyətləri çərçivəsindədir və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq həyata keçirilir.
Qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə Müdafiə nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən hərbi hissə və birləşmələr planlı şəkildə “Həyəcan” siqnalı ilə qaldırılaraq onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar