Müdafiə naziri səfərə getdi
03.11.2015 517 0.0 0

Qazeta.info Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, noyabrın 3-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Müdafiə naziri cənab İmanqali Tasmaqambetovun dəvəti ilə Qazaxıstana rəsmi səfərə gedib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Qazaxıstanın Müdafiə Nazirliyində görüşləri, hərbi təhsil müəssisələri və hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.
Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfər noyabrın 5-dək davam edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar