Müdafiə naziri səfərə getdi
10.03.2015 769 0.0 0

Qazeta.info bildirir ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Xorvatiya Respublikası və Sloveniya Respublikasına rəsmi səfərə gedib.
Müdafiə naziri Xorvatiya Respublikasının Müdafiə naziri cənab Ante Kotromanoviçin dəvətilə martın 10-dan 12-dək Xorvatiyada və Sloveniya Respublikasının Müdafiə naziri cənab Yanko Veberin dəvətilə martın 12-dən 14-dək Sloveniyada olacaq.
Səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar