Mübariz Qurbanlı: Onlar kənardan aldıqları əmrləri icra edirlər
26.11.2015 548 0.0 0

"Daxili İşlər Nazirliyinin Nardaranda keçirdiyi əməliyyat qanunidir və ölkə vətəndaşlarını qorumaq məqsədi daşıyır. Çox təəssüf ki, din pərdəsinə bürünmüş və qondarma "Müsəlman Birliyi" adı altında, əslində cinayətkar bir təşkilat yaratmış adamlar hüquq-mühafizə orqanı əməkaşlarının keçirdiyi əməliyyata qarşı çıxıblar".

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurumun mövqeyi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mövqeyi ilə eynidir:

"Nardaranda polisin keçirdiyi əməliyyat istər Nardaran əhalisi, istərsə də ictimaiyyət tərəfindən dəstəklənir. Çünki "Müsəlman Birliyi" adlanan qurum qeyri-qanuni fəaliyyət göstərir. Din adı altında gizlənən Tale Bağırzadə və Əbülfəz deyilən adamlar əslində kənardan aldıqları sifarişləri yerinə yetirirlər və faktiki olaraq kriminallaşmış şəxslərdir. Təəssüf ki, hadisələr zamanı iki nəfər polis əməkdaşı dünyasını dəyişib. Bu şəxslər və onları himayə edənlər olanlara görə, öz cəzalarını alacaqlar. Bu kimi qanunsuzluqların qarşısını almaq lazımdır ki, Azərbaycanda din adı altında milli müstəqilliyimizə və dövlətçiliyimizə xələl gətirə bilməsinlər", - deyə M. Qurbanlı bildirdi.

 

 

 

Bu gün Bakının Nardaran qəsəbəsində silahlı insident baş verib. İnsident zamanı ölən və yaralananlar olub. Hadisədən sonra Azərbaycan respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu məsələ ilə bağlı məlumat yayıb. Məlumata görə, baş verən atışma zamanı 4 dini radikal məhv edilib, 2 polis əməkdaşı da atışmada dünyasını dəyişib./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar