MÜƏLLİMLƏRİN MAAŞ PROBLEMİ HƏLL OLUNACAQ-VİDEO
11.02.2015 743 0.0 0

Biləsuvar rayonunda fəaliyyət göstərən İncəsənət məktəbinin 52 nəfardən ibarət müəllimi bir neçə aydır maaş ala bilmirlər. 

Məlumata görə, müəllimlər maaşların səbəbsiz yerə yubadıldığını bildirsələr də, rayon maliyyə idarəsi isə bunun tam əksini deyir.

Hazırda təhsil ocağında dərslər öz axarında davam edir, Müəllimlər məktəbdə məvaciblərin kəsilməsinə səbəb ola biləcək hər hansı neqativ halın baş vermədiyini iddia edirlər. Elə buna görə də, rayon maliyyə idarəsinin hər hansı açıqlama vermədən bu addımı atması hamını təəccübləndirib.

Müəllimlərin sözlərinə görə ötən ilin dekbar ayında maaşlar tam verilməyib. Belə ki, onlara həmin ay aldıqları məvacibin yalanız 65 faizi ödənib. 

Qeyd edək ki, Biləsuvar rayon İncəsənət mətktəbinin 52 müəllimi ilə yanaşı, Xırmandallı kəndində də fəaliyyət göstərən incəsənət məktəbinin işçiləri də eyni problemlə qarşılaşıblar. Məsələ ilə bağlı bağlı Biləsuvar Maliyyə İdrəsinin müdiri Eldar Təhməzov yaxın günlərdə müəllimlərin maaşlarının veriləcəyini bildirib.//AnsPress

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar