MTRŞ-dan `Qayınana`ya ETİRAZ - VİDEO
21.12.2016 732 0.0 0

“Space”telekanalında hər cümə 21:45-də yayımlanan “Qayınana” verilişi son vaxtlar cəmiyyətdə tənqid hədəfinə çevrilib. Bəzən yaradılan süni qalmaqallar, bilərəkdən gəlinlə qaynananın üz-üzə qoyulması tamaşaçılar tərəfindən birmənalı qarşılanmır.

Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov açıqlamasında verilişin şöbənin diqqətində olduğu və onun üzərində təhlillə apardıqlarını dedi: "Düzdür, biz də verilişdə süni şəkildə qalmaqalların yaradılmasını müşahidə edirik. Süni şəkildə gəlin-qaynana üz-üzə durur, Azərbaycan ailəsinə xas olmayan münasibətlər nümayiş olunur. Onların bir-birinə qarşı, həmçinin ekspertlərin ailəyə qarşı kobudluğunu müşahidə edirik. Bu verilişdə ailədaxili münasibətlər zəminində xoşagəlməz hallar görmək olar. Verilişlə bağlı arayış hazırlayırıq, rəhbərliyə təqdim edəcəyik. Qərar barədə də mətbuata əlavə məlumat veriləcək”./Publika.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar