MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq edib
30.09.2015 684 0.0 0

 “Sosial şəbəkələrdə namizədlərlə bağlı müxtəlif iformasiyalar yayılır. Deputatlığa namizədlər ehtiyatlı olmalıdırlar. Əgər onların adından yalan informasiyalar yayılırsa, təkzib etsinlər”

Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, belə məsələləri araşdırmaq bir qədər çətindir: “Bəzi namizədlərin adından Seçki Məcəlləsinin müvafiq maddələrini poza biləcək məlumatlar yayılır. Bu hal televiziyada, mətbuatda baş verərsə, tədbir görə bilirik. Amma sosial şəbəkələrə nəzarət bir qədər çətindir. Deputatlığa namizədlər diqqətli olmalıdırlar. Onların xəbəri olmadan məlumatlar yayılırsa, açıqlama versinlər”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar